Xəbərlərə qayıt
2 aprel 2024
Xarici investorlar üçün işğaldan azad olunmuş ərazilərdəki imtiyazlar
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi artımı təşviq etmək məqsədilə xarici və yerli investorlar üçün genişmiqyaslı vergi tətilləri və gömrük imtiyazları tətbiq edilir.
Qanunvericiliyə əsasən, həmin ərazilərdə qeydiyyatdan keçən və fəaliyyət göstərən müəssisələr 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad olunurlar. Həmçinin, istehsalat məqsədilə idxal edilən xammal və avadanlıqlar üçün gömrük rüsumları və idxal ƏDV-si ləğv edilmişdir.
Bu fürsətlərdən yararlanmaq üçün düzgün hüquqi qeydiyyat və fəaliyyət planı zəruridir. Hüquqşünaslarımız bu zonada şirkət qurmaq və imtiyaz statusu əldə etmək üçün bütün prosesləri idarə edir.
